və ya 1+1=4saat Formulunu Kəşf Edin Və Daha Effektiv Yaşayın!



Bu həftə qızmar yay günləri ilə təbiət bizi yenidən sınağa çəkir. Bugünkü hava haqqında xəbərlərdən məlum oldu ki, bu istilər hələ həftə sonunadək davam edəcək. Nə etməli? Yaşamımıza davam etməliyik, əlbəttə:)! Deyl Karneqinin təbirincə desək lazım gəldikdə “limonu sıxaraq limonad düzəltməyi” bacarmalıyıq. Deyə bilərsiniz ki, bunun yayda daha məhsuldar çalışmaqla əlaqəsi? Yəni demək istəyirəm ki, hər bir fəsildə olduğu kimi, yayda da maksimal dərəcədə məhsuldar həyata can atmaq lazımdır. Çünki məhsuldar və dolğun yaşanmış hər bir saat əslində ən azı iki saata bərabərdir. Hər halda mənim şəxsi yanaşmam belədir!- Yəni bəzən 1+1=4 saat ola bilər Ümud edirəm ki, bu məqsədlə yazdığım bugünkü postum sizin üçün az da olsa faydalı olacaq.

Beləliklə, yayda daha effektiv yaşamaq və çalışmaq üçün:

1. Səhər tezdən durun.

Səhər tezdən qalxdıqda gününüz həm daha uzun, həm də daha məhsuldar olar. Çünki gecə yaxşıca istirahət etmiş beyin öz sahibinin “əmrlərini” sübh çağı daha effektiv yerinə yetirir, yəni qısa vaxt ərzində daha çox iş görmək mümkün olur. Xüsusən isti yay günlərində daha çox məhsuldarlıq və diqqət tələb edən işləri səhər erkəndən – hava sərin ikən yerinə yetirmək daha məqsədəuyğundur.

2.Gün ərzində bir neçə dəfə sərin duş qəbul edin.

İsti yay günlərində evdə hava o qədər boğanaq və ağır olur ki, bəzən nəfəs almaq belə olmur, o ki, qalmışdı hər hansı bir işin qulpundan yapışasan. Belə olduqda gün ərzində bir neçə dəfə sərinləşdirici duş qəbul etmək lap yerinə düşər.

Yuyunduqdan sonra özünüzü daha gümrah hiss edəcəksiniz. Hər halda belə vəziyyətdə fikrini bir yerə cəmləyib lazımi işin öhdəsindən gəlmək daha asan olur. Bu üsul xüsusən də kondisioner olmayan evlərdə istidən qurtulmaq üçün çox faydalı ola bilər.

3. Ən isti vaxtda sevimli işinizlə məşğul olun.



Yəqin diqqət etmisiniz ki, sevimli məşğuliyyətinizə vaxt sərf edərkən ətraf aləmi belə bəzən unudursunuz. Dünyagörüşü, maraq, yaş və s. digər amillərdən asılı olaraq hər birimizin müxtəlif sevimli məşğuliyyət növü və ya növləri var. Məsələn, mənim ən sevimli məşğuliyətlərimdən biri maraqlı bir kitab mütaliə edərək onun üzərində düşünmək və hər gün nə isə yeni bir şey öyrənməkdir. Ən isti vaxtlarda, necə deyərlər, əlim heç bir işə qalxmadıqda, mən ən sevimli kitablarımdan birini mütaliə edirəm. Bu zaman bu məşğuliyyətə o qədər aludə oluram ki, doğrudan da, ətraf aləmi və istini belə unuduram, daha doğrusu hiss etmirəm. Kitab və informasiya “dəliləri” məni daha yaxşı anlayar.

Ən Yeni Postları E-maillə Alın

Enter your email address:

Delivered by FeedBurner