1. Email-i yoxlamaq üçün konkret vaxt ayırın. 
İşinizin xarakterindən asılı olaraq e-mailinizi gün ərzində bir neçə dəfə yoxlamaq kifayətdir. Amma bu məqsədlə mütləq bəlli vaxt təyin edin. Gərək olmadıqca elektron poçtunuzu tez-tez yoxlamaqdan vaz keçin.
2. Copy və paste funksiyalarından istifadə etməyi unutmayın.
MS Word proqramında olduğu kimi məktub yazarkən də copy-paste funksiyasından yararlanmağı unutmayın. Beləcə, vaxtınıza xeyli qəmaət etmiş olarsınız.
3. Gərəksiz silsilə informasiya axınından vaxtında qurtulun.
Əgər abunə olduğunuz məlumat mənbəyindən e-poçtunuza gələn informasiya sizi qane etmirsə və hər dəfə onları oxumadan pozursunuzsa, onda ən yaxşısı abunəlikdən çıxmaqdır. İnformasiya mənbələrinin çoxunun göndərdiyi silsilə məktubların sonunda abunəlikdən çıxmaq üçün ayrıca link olur. Sadəcə ondan istifadə etməklə, e-mailinizi hər cür spam məktublardan qorumuş və vaxtınıza qənaət etmiş olarsınız.
4. Xüsusi anti-spam filterindən istifadə edin.
E-poçtunuza xüsusi anti-spam filteri qoyun ki, gələn spam məktublar ayrıca bir qovluğa toplansın. Əks təqdirdə, bəzən vacib məktubları spam materiallardan ayırmağa o qədər vaxt gedər ki, beləcə bütün günümüzü itirə belərik.
5. E-mailə gələn istənilən informasiyanı sistemləşdirin.
Sizə gələn məktubları mövzusu və təyinatından asılı olaraq ayrı-ayrı qovluqlarda qruplaşdırsanız, e-maildə işləyərkən fəaliyyətiniz daha sistemli, mütəşəkkil və məhsuldar olar.
X. Xanım
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.
Отправить комментарий