Çərşənbə axşamı, 01 Dekabr,2008

ABŞ-ın Qidalanma üzrə mütəxəssisi, Kanzas Dövlət Universitetinin tədqiqatçısı Sendi Prokter qış fəslində qonaqlıq verməklə bağlı maraqlı və olduqca sadə bir təklif irəli sürmüşdür: Qonaqlıq vermək məqsədilə ev sahibəsinin özünün bütün yeməkləri hazırlamasına heç bir gərək yoxdur.

Dietoloq-Tədqiqatçı Sendi Prokter hesab edir ki, hər bir qonaq yığıncağa öz töhfəsini gətirsə, həm ev sahibi vaxtına xeyli qənaət etmiş olar, həm də məsuliyyəti birgə bölüşmək hər kəsə ayrıca bir sevinc və fərəh gətirər.

Hətta ev sahibəsi və qonaqlığa gələcək hər bir kəs menyünü qabaqcadan müəyyənləşdirə bilər. Məsələn, uzaqdan gələnlər yaxşı olardı ki, daha davamlı qida məhsulları gətirsinlər ki, onlar yolda xarab olmasın.

Bundan başqa, hər bir qonağın fərqli yemək töhfəsi hər kəsə rəngarəng ağız dadı bəxş edər - ABŞ-ın məşhur dietoloqu Prokter belə düşünür.

Ən Yeni Postları E-maillə Alın

Enter your email address:

Delivered by FeedBurner