Orta insanın hər 8 dəqiqədən bir işinə mane olurlar ki, bu da saatda 7 dəfə və ya gün ərzində 50-60 dəfəyə çatır. Orta hesabla hər işdən yayınma halı 5 dəqiqə çəkir. Bu da iş gününün yarısının, yəni 4 saatın itməsinə səbəb olur. Bu yayınmaların 80 %- i adətən az əhəmiyyətli və ya əhəmiyyətsiz işlərlə bağlı olsa da, iş gününün düz 3 saatının itməsinə səbəb olur.

• ABŞ-da əhali tərəfindən alınan özünü təkmilləşdirmə barədə kitab, audio və video vəsaitlərin 95%-I istifadə olunmur.

• Hər gün hər hansı bir elm sahəsini və ya mövzunu öyrənməyə 1 saat vaxt ayırsanız, bu həftə ərzində 7 saat, bir ildə isə 365 saata bərabər olar. Beləliklə, 3-5 il ərzində seçdiyiniz sahədə ekspert ola bilərsiniz, hər gün cəmisi 1 saat vaxt sərf etməklə.

• İş gününün yalnız 20%-i həlledici və mühüm məsələlərə, qalan 80%-i isə az əhəmiyyətli və mənasız işlərə sərf olunur.


• Son 20 ildə iş müddəti 15% artmış, asudə vaxt isə 33% azalmışdır.

Ən Yeni Postları E-maillə Alın

Enter your email address:

Delivered by FeedBurner