Əgər həftənin hər bir gününü qabaqcadan planlaşdırmasanız, vaxt, potensial və enerjinizdən maksimum faydalana bilməzsiniz. Unutmayın ki, vaxt hər bir şeydən, hətta puldan da dəyərlidir. Çünki pulu təkrarən qazana bilərsiniz, amma itirilmiş zamanı geri qaytarmaq mümkün deyil.
Bu həftə istənilən işdə maksimum məhsuldarlığı necə əldə etmək olar?
Bunun əsas sirri “Böyük Qayaları” birinci yerə qoymaqdır.
“Böyük Qaya” nə deməkdir? Vaxtın idarə olunması sahəsində olduqca vacib, lakin dəfələrlə təxirə salınan işlər şərti olaraq belə adlandırılır. Onlar yığılıb qaldıqca böyük bir qayaya çevrilir və onları həll etmək daha da çətinləşir. Tutaq ki, bu həftə siz hansısa kitabı (elmi işi və s.) yazıb tamamlamalı, və yaxud da vacib bir layihə üçün veb-sayt yaratmalısınız.
Bu vacib işləri necə daha tez və asan həyata keçirmək olar?
1. Qısa bir siyahı tutun.
Yaxşı olardı ki, növbəti həftənin işlərini ya bazar günü axşam, ya da Bazar ertəsi səhər planlaşdırasınız. Bu həftə üçün görəcəyiniz bütün “iri qayalar”ı siyahıda qeyd edin. Onları elə müəyyənləşdirin ki, buraya sizin üçün ən əhəmiyyətli işlər, ali məqsəd və arzularınız da daxil olsun. Beləcə, həftə sonu siz dönüb geriyə baxanda əldə etdiyiniz uğurlarla fəxr edəcəksiniz.
Öncə, qısa siyahı tərtib edin ki, real nəticələr əldə biləsiniz. Məsələn, bu həftə üçün 7 tapşırıqdan ibarət bir plan hazırlayın (yəni hər gün üçün bir tapşırıq). Əlbəttə, zaman keçdikcə, növbəti siyahılara istədiyiniz qədər tapşırıq əlavə edə bilərsiniz. Amma bir faktı heç zaman unutmayın: əsas məsələ çox deyil, daha səmərəli çalışmaqdır.
2. Həftəlik cədvəl hazırlayın.
Həftənin hər bir gününün qrafikini tərtib edin və “iri qayaları” siyahının lap əvvəlində yazın. Bu işləri cədvəldə ən münasib gün və saatda yerləşdirin ki, onları həftə boyunca bitirə biləsiniz.
3. Qalan zamanı “çınqıllar” (daha az əhəmiyyətli işlər) üçün saxlayın.
Daha az əhəmiyyətli gündəlik işlər vaxtın idarə olunması elmində şərti olaraq “çınqıl”lar adlandırılır.
Həftəlik qrafikinizdə mümkün qədər “çınqıl”lar üçün də boş vaxt saxlayın. Günün ən vacib və çətin işini həll etdikdən sonra boş vaxt qalarsa, arabir kiçik işlərinizi də yerinə yetirin. Amma özünüzü həddən artıq yormayın.
4. Çalışın “böyük qaya”ları səhər yerinə yetirəsiniz.
Hər bir işdə uğurun və tərəqqinin başlıca sirri çətin, iri işləri qabağa salmaqdır. Ona görə də bu işləri günün lap əvvəlində yerinə yetirin. Əks təqdirdə, onlar təxirə salındıqca yığılıb qalacaq.
5. Öz uğurunuzla fəxr edin.
Bəli! Siz özünüzü və məhsuldarlığınızı qiymətləndirməyi bacarmalısınız. Bu, daima inkişafda olmaq üçün sizə stimul verəcək.
Beləliklə, həftənin sonunda bir anlığa geriyə nəzər salın və əldə etdiklərinizlə fəxr edin, hətta əgər bu həftə yalnız bir çətin işin öhdəsindən gəlmisinizsə. Bununla belə, bu həftə siz maksimum məhsuldar işləyərək çətin işlərdən birini artıq bitirmisiniz.
Fəaliyyət Planı: Bu Həftə Məhsuldarlığınızı Maksimum Artırmağın 5 Yolu
Автор: Khanum | 08:50 | 0 коммент. »
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.
Отправить комментарий